Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır


Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.


Bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayacaq. Rüstəm Orucov (73 kq) 1/16 finalda Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi, Hidayət Heydərov (73 kq) isə Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu