Cüdoçularımız mübarizəyə başlayır


Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri bu gün start götürəcək. İlk gündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.


Kişilərin yarışında 60 kq çəkidə iki cüdoçu mübarizə aparacaq. Həm Kənan İsmayılov, həm də Nazir Talıbov 1/16 finaldan yarışa qoşulacaq. İsmayılov türkmənistanlı Aybek Omirov, Talıbov isə portuqaliyalı Françisko Mendeşlə qarşılaşacaq.

Yenidən milliyə qaytarılan Kəramət Hüseynov 66 kq-da 1/16 final görüşünə çıxacaq. Onun rəqibi Tacikistan təmsilçisi Nurali Emomali olacaq. Həmin çəkidəki digər cüdoçu Kamran Süleymanov da eyni raundda tacikistanlı idmançıya rəqib olub. O, Obid Dzebovu üstələməyə çalışacaq.
Ətraflı

Qadınlarda da 4 cüdoçu iki çəki dərəcəsində çıxış edəcək. 48 kq-da Ramilə Əliyeva 1/16 finalda çinli Xan Şuayxia ilə münasibətlərinə aydınlıq gətirəcək. Leyla Əliyeva isə ilk raunddan azaddır. O, 1/8 finalda Nuraylim Sarsenbeki (Qazaxıstan) sınağa çəkəcək.

52 kq çəkidə Aydan Vəliyeva 1/16 finalda yaponiyalı Ryoko Takeda ilə gücünü sınayacaqsa, Gültac Məmmədəliyeva 1/8 finalda mübarizəyə başlayacaq. Məmmədəliyevanın rəqibi Tolqanay Abeyova (Qazaxıstan) – Ariane Toro Soler (İspaniya) cütünün qalibi olacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 18-dək keçiriləcək Böyük Dəbilqəyə 17 cüdoçu ilə yollanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu