Obyekt sahibləri 8 min manat cərimələndi


Salyan rayon ərazisində yerləşən “Samir” və “Qardaşlar” şadlıq saraylarında təşkil olunan toy məclislərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.

Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu