Restoran sahibi həbs edildi


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Mustafaağalı kəndində yerləşən “Ay-Ulduz” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qeyd edilən qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Nəcəf Əzimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu