"Neftçi" cərimələnib: protokol qaydalarını pozduğuna görə


AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələyib.


AFN-in xəbərinə görə, buna "ağ-qaralar"ın "Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının ilk turunda protokol qaydalarını pozması səbəb olub.

Paytaxt təmsilçisinin 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Bakcell Arena"dakı görüş 2:2 hesabı ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu