AFFA işığa görə “Neftçi”ni 4000 manat cərimələdi
AFFA İntizam Komitəsi "Neftçi"ni 4 000 manat məbləğində cərimələyib.
“Qafqazinfo” xəbər verir ki, buna "ağ-qaralar"ın Premyer Liqanın XVIII turunun "Sabah"la ev oyununda (2:1) işıqlandırma səbəbindən fasilələr yaranması səbəb olub.
Həmçinin “Sumqayıt” – “Zirə” matçında (0:0) Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibləri 800 manat cərimə olunub.