AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələdi


AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cərimələyib.


Çempionatın XXIX turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimələniblər. 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.

Həmçinin “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manatlıq cəriməyə məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu