Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək


Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava bu gün Azərbaycana işgüzar səfər edəcək.


Bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

N.Turnava ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muşla görüşlər keçirəcək. Hər üç nazir Bakıda keçiriləcək üçtərəfli biznes forumun açılış mərasimində iştirak edəcəklər.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanın ticarət və sənayə palataları arasında memorandum imzalanacaq.

Gürcü nazirin Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü də planlaşdırılıb.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu