Mikayıl Cabbarov tacikistanlı həmkarı Zavki Zavkizoda ilə görüşüb


Bakıda SPECA Həftəsi çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın İqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb.


Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqun genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu