Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri ilə görüşüb -
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə ölkələrimizin iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində müzakirələr aparıb.
Bu barədə Mikayıl Cabbarov rəsmi “Facebook” səhifəsində paylaşım edib.
O qeyd edib ki, Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti, sənaye, energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları və ticarət əlaqələrinin təşviqi istiqamətində səmərəli müzakirələr aparıblar.