Gürcüstanın iqtisadiyyat naziri sabah Azərbaycana səfər edəcək


Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava sabah Bakıya səfər edəcək.


AFN AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.

İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.

Gürcü nazirin Bakıda bir neçə görüşləri də nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu