Putin Çinə getdi


Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib.


“TASS” xəbər verir ki, bu, Rusiya liderinin pandemiya başlayandan bu yana Çinə ilk səfəridir.

V. Putin səfəri çərçivəsində Rusiya-Çin danışıqlarında iştirak edəcək, daha sonra işçi naharda Çin Prezidenti Si Cinpin ilə görüşəcək.

Bununla yanaşı, Putin Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə qonaq qismində qatılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu