Putin Çinə səfərə gedib


Rusiya prezidenti Vladimir Putin Çinə səfər edib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, o, “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Pekinə iki günlük səfərə gedib. Putin həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan biri - Çin sədri Si Cinpinlə oktyabrın 18-nə planlaşdırılıb.

Putin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin “Bir kəmər, bir yol” layihəsi vasitəsilə təxminən 24 milyard dollar investisiya cəlb etdiyini bildirib. “Lakin bu həcm artır, çünki qarşılıqlı faydalı layihələrin sayı artır” - deyə Rusiya prezidenti qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu