Gürcüstan Ukraynaya yardım edəcək


Gürcüstandan Ukraynaya humanitar yardım sabah Varşava vasitəsilə çatdırılacaq.


Ukrayna səfiri İqor Dolqov köməyə görə Gürcüstan hökumətinə təşəkkür edib.

Gürüstanın Səhiyyə Nazirliyinə baş çəkən səfirə humanitar yük barədə məlumat verilib. Bildirilib ki, bir milyon lari dəyərində yükə min ədəd ilkin tələbat predmeti, 30 addan çox medikament və oksigen aparatları daxildir.

Yardımın tədarük olunmasında bir neçə əczaçılıq şirkəti və klinika tibbi avadanlıq və dərman vasitələrini təmənnasız təqdim etməyə hazırlıq ifadə ediblər.

***

Gürcüstanın Dövlət Ehtiyat Fondundan Ukraynadakı vəziyyətlə bağlı zərər çəkən əhaliyə yardım məqsədilə 1 milyon lari (320 min ABŞ dolları) həcmində vəsait ayrılacaq.


Bununla bağlı Baş nazir İrakli Qaribaşvili sərəncam imzalayıb.

Sənədə əsasən, vəsaitin hesabına Gürcüstanın Səhiyyə Nazirliyi dərman vasitələri və tibbi təyinatlı predmetlər alacaq.

Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu