Gürcüstan hökuməti Ukrayna üçün generatorların alınmasına 1,5 milyon lari ayırır


Gürcüstanın İqtisadiyyat Nazirliyi bildirib ki, hökumətin qərarına əsasən, Ukrayna üçün generatorların alınması üçün 1,5 milyon lari (təxminən 562 min dollar) ayrılıb.


AFN.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda təchizatçı şirkətlərin axtarışı və satınalma işləri aparılır. Ukraynaya humanitar yardım kimi müxtəlif növ generatorlar göndəriləcək.

Rusiya Ukraynanın enerji sistemini hücumlarının əsas hədəfinə çevirib. Ukraynanın bir çox şəhərlərində işıq və istilik yoxdur. Yerli hakimiyyət orqanları mobil telefonları enerji ilə doldura və ilk tibbi yardım göstərmək üçün istilik məntəqələri yaradır.

Qeyd edək ki, Avropa Parlamenti artıq 200-dən çox Avropa şəhərini əhatə edən “Ümid Generatorları” kampaniyasına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu