Ukraynanın bərpası üçün 411 milyard dollar lazım olacaq - BMT


Ukrayna ərazisində silahlı münaqişənin davam etməsi fonunda onun bərpasına çəkilən xərclər 411 milyard dollara yüksəlib.


AFN.az xəbər verir ki, bu haqda BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və onun perspektivləri" adlı hesabatında əksini tapıb. Qərb ölkələrinin, eləcə də beynəlxalq təşkilatların və Beynəlxalq Valyuta Fondunun (BVF) aktiv maliyyə yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə artıq durğunluq vəziyyətindədir.

Sənədin mətnindən belə çıxır ki, ölkə iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun xeyli hissəsini itirib. Ümumilikdə, bu cür istehsalın azalması ötən il 29,1% təşkil edib.

Mayın 15-də Ukraynanın DTEK enerji holdinqinin icraçı direktoru Dmitri Suxaruk Rada telekanalının efirində bildirib ki, Ukraynaya istilik istehsalının bərpası üçün təxminən 150 milyon dollar lazımdır. O qeyd edib ki, hazırda bu sistemin 75%-i zədələnib.

"Reuters" Dünya Bankının Avropa Komissiyası, BMT və Kiyev hakimiyyəti ilə birgə apardığı yenilənmiş hesablamaya istinadən xəbər verir ki, ölkənin enerji sektoruna dəymiş zərərin həcmi 2022-ci ilin iyun ayı ilə müqayisədə 5 dəfə artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu