Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbi açıqlanıb


Gürcüstan hökuməti Rusiyaya qarşı tətbiq edilən sanksiyalara münasibətdə milli maraqları rəhbər tutacaq.


Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, indiki vəziyyətdə istənilən emosional, planlaşdırılmamış addım, eləcə də hesablanmamış söz çox risklidir və hökumət həm daxili, həm də xarici siyasətə cavabdehdir: “Mən öz nitqimdə qeyd etdim ki, Baş nazir olaraq xalqımın və ölkəmin milli maraqlarına zidd olan heç nə etməyəcəyəm. Mən müxalifətin spekulyasiyasından asılı olmayaraq, yalnız ölkənin milli maraqlarını rəhbər tutacam”.

İrakli Qaribaşvili Gürcüstan müxalifətini insanların həssas hissləri ilə oynamaqda ittiham edib.

Qeyd edək ki, Baş nazir İrakli Qaribaşvili bir müddət öncə açıqlamasında da qeyd edib ki, Gürcüstan milli maraqlarını rəhbər tutaraq Rusiyaya tətbiq ediləcək sanksiyalara qoşulmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu