Gürcüstanın Baş naziri: Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik


“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və hesab edir ki, bu, bütün regionun maraqlarına cavab verir”.


“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Avropa siyasi birliyi”nin 2-ci zirvə toplantısından əvvəl deyib.

"Biz Azərbaycan və Ermənistan arasında sülh dialoqunu və danışıqları dəstəkləyirik. Hesab edirəm ki, bu, Gürcüstanın, Azərbaycanın və Ermənistanın, bir sözlə, bütün regionun maraqlarına cavab verir", - İ.Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın hər iki ölkə ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.

Xatırladaq ki, İ.Qaribaşvili 2021-ci ilin sonunda “Dinc Qonşuluq Təşəbbüsü”nü irəli sürüb. Baş nazir qonşulara tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını təklif edib. Bu təşəbbüs çərçivəsində 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu