Rəsmi Tiflis Azərbaycanla Ermənistan arasında vasitəçilik təklif edir


Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət Departamentinin baş müşaviri Filip Rikerlə işçi şam yeməyi formatında görüşüb. AFN.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumat yayıb. Görüşdə İrakli Qaribaşvili və Filip Riker Gürcüstanın Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığının əhəmiyyətindən danışıblar.
Söhbət zamanı regionda və Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə, Azərbaycan-Ermənistan dialoqunda Gürcüstanın vasitəçilik roluna da toxunulub. İrakli Qaribaşvili qeyd edib ki, danışıqlar istənilən münaqişənin həlli və irəliləyiş üçün yeganə, həm də vacib yoldur.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu