Gürcüstan Baş naziri: “Regionda sülh və sabitliyin tərəfdarıyıq”


"Biz regionda sülh və sabitliyin tərəfdarıyıq".


APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İraklli Qaribaşvili Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, Gürcüstanın motivasiyası hər zaman bu prosesdə vacib rol oynamaq olub və bu istiqamətdə Baş nazir özü şəxsən “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” platformasını irəli sürüb.

"Bildiyiniz kimi mən "Dinc Qonşuluq Təşəbbüsü"nü səsləndirmişəm və bir daha təsdiqləmək istəyirəm ki, biz hər zaman regionda sülh və sabitliyin inkişaf etdirilməsinə töhfə verməyə hazırıq”, - deyə İ. Qaribaşvili bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu