Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarıldı


Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb.


Bunu Rusiyanın elm və ali təhsil nazirinin müavini Dmitri Afanasyev Federasiya Şurasının elm, təhsil və mədəniyyət komitəsinin iclası zamanı deyib.

O bildirib ki, Rusiyadakı təhsil təşkilatlarının rəhbərləri Ukraynada keçirilən xüsusi əməliyyatı dəstəklədiyi üçün Boloniya Qrupu müvafiq qərar qəbul edib.

“Bolonya sistemi bizdən çıxdı, biz ondan yox” deyən nazir müavininin sözlərinə görə, Belarusun bütün universitetlərini də eyni aqibət gözləyir.

İyunun 3-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy elan etdi ki, Rusiya universitetlərinin rəhbərləri təhsil sisteminin dəyişdirilməsi və ixtisasa qayıtmağın tərəfdarıdırlar. Onun sözlərinə görə, universitet təhsili sovet təcrübəsi əsasında yenidən qurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu