Mədəniyyət Nazirliyi Şuşada da belə eləmişdi... - Rauf Arifoğlu
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu dünən Yaylaq festivalında baş verənlərlə bağlı Mədəniyyət Nazirliyinin ünvanına tənqid səsləndirib.
AFN.az xəbər verir ki, R.Arifoğlu feyzbuk səhifəsində bu barədə yazıb. "Şuşa deyib, "yağışına qurban olaq", deyib, üstündən keçmişdik" deyən baş redaktor qeyd edib ki, Mədəniyyət Nazirliyi 13 may tarixində də Şuşada jurnalistləri - KİV rəhbərlərini yağışın altında buraxıb, yoxa çıxmışdı: "Cıdır düzü"ndən başlayaraq, 3 km yolu leysanın altında piyada yürüdük. Təpədən-dırnağa islandıq. "Qoçət" restoranına gəldik, dedilər, yemək-çay ordadı. Restorandan islaq KİV rəhbərlərinə dedilər: "Yemək-çay ancaq xarici qonaqlar üçündü, mediaya nəzərdə tutulmayıb..." Sonra məni tanıdılar; bərabər olduğumuz 6 KİV rəhbəri restoran sahibinin xüsusi qayğısı ilə yedi-içdi, əyin-başını dəyişdi, qurutdu...
Belə...
"Yaylaq"dakı həmkarlarıma keçmiş olsun.
Bizimki keçdi...