Rauf Arifoğlu: “Azərbaycana qarşı amansız informasiya müharibəsi aparılır”


“Son günlər real həyatda olmayan informasiyaların qabardılması hallarına rast gəlirik. Sosial media və sosial şəbəkələr cəmiyyətimiz üçün açıq qapıdır. Burada asan şəkildə dezinformasiyalar yayıla bilir”.



AFN-in xəbərinə görə, bunu Mətbuat Şurasında keçirilən tədbirdə “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

“Düşünürəm ki, bunun qarşısı da alınmalıdır. Bunun qarşısını biz almalıyıq. Hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır. Görünür, güclü informasiya hücumu var. Ona görə də biz də sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməliyik. Yutub platformasında fəal olmalıyıq”, - o bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu