“E-köşk” platformasında pdf-lərin xüsusi bir partlayışla satılacağını zənn etmirəm - Rauf Arifoğlu


“Yeni Müsavat” qəzeti artıq “E-köşk”ə qoşulub və biz bunu əlavə platforma imkanları hesab edirik.


Bunu AFN.az-a Medianın İnkişafı Agentliyinin yeni təqdim etdiyi “E-köşk” layihəsini dəyərləndirərkən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. Onun sözlərinə görə, platformanı populyarlaşdırmaq və tanıtmaq qəzetçilərin üzərinə düşür: “Biz o platformanın tanınmasına maraqlı olmalıyıq ki, insanlar o platformanı tanısınlar, inansınlar və bizim çap məhsullarımızın elektron versiyasını satın alsınlar. Burada MEDİA-nın işi o platformanı yaratmaqdır, buna görə onlara təşəkkür edirik, mükəmməl bir platforma yaradılıb. Biz gərək qəzetlərimizi və onun pdf variantlarını o dərəcədə ticari standartlara uyğunlaşdıraq ki, insanlar onu almaq istəsinlər. Bax, burada məsələ bir az çətindir, çünki qəzetləri həm kağız, həm pdf versiyalarını maraqlı etmək çətindir. Təbii bir rəqabət var. Aktuallıq, operativlik, materialların özəlliyi, özəl xəbər, təhlil baxımından saytlarla, sosial media ilə qəzet olaraq rəqabət halındayıq. Ekskluzivliyi, aktuallığı və operativliyi təmin etmək çox çətindir. Bu baxımdan pdf-lərin xüsusi bir partlayışla satılacağını zənn etmirəm. Ola bilsin bəzi redaksiyalar heç qiymət tətbiq etmədən öz qəzetlərinin pdf variantını oxumağa şərait yaratsınlar. İnsanlar ödəniş edib pdf formatda olan qəzetlərə baxmağı istəyəcəkmi, bu artıq redaksiyaların ortaya qoyduğu məhsuldan asılıdır. Biz gərək elə məhsul çıxaraq ki, istənilsin. Agentlik bu işi görüb, “E-köşk”ü yaradıb. Qəzetlərin satışında köşk anlayışı birinci sırada gəlir, onların sayı əhali sıxlığına görə nə qədər çox olarsa, satış da o qədər çox olar. Bu, bir düsturdur. İndi köşklərin sayının biri də artıb, xüsusən də bunun internet məkanında olması önəmlidir”.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu