"Tv Musavat" hakerlərin əlinə keçdi - Bütün videolar SİLİNDİ


"TV Musavat" yutub kanalı hakerlərin hücumuna məruz qalıb.


Bu barədə "TV Musavat"ın efir rejissoru və təhlükəsizlik üzrə məsul şəxsi Məhəmməd Türkmən məlumat verib.

O bildirib ki, saat 23 radələrində kanal qəfil haker hücumuna məruz qalıb. M.Türkmənin sözlərinə görə, bir neçə saniyə içərisində kanalın şifrəsi ələ keçirilib və hesabdakı videolar silinib.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sözügedən hadisənin sui-qəsd olduğunu və bunun kanalın çökdürülməsinə hesablandığını bildirib. O qeyd edib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Prezident Administrasiyasına məlumat verilib və kömək istənilib.

Qeyd edək ki, kanalı ələ keçirənlərin kriptovalyuta fırıldaqçıları olduğu məlum olub. Hazırda "TV Musavat"ın adından biktoin məzmunu daşıyan veriliş yayımlanır. Veriliş məşur milyarder İlon Maskın adından yayımlanır.

[media=https://www.youtube.com/watch?v=mLfjuRojmFI]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu