Müsavat Partiyasının qurultaynın vaxtı açıqlandı


Müsavat Partiyasının növbəti qurultayının vaxtı açıqlanıb.


Qurultay mayın ayının 4-də təyin edilib. Bu barədə partiya Divanı qərar verib.

Qeyd edək ki, bu günə kimi Müsavat Partiyası 57 rayon və şəhər təşkilatında iclaslar keçirilib. Partiyanın bu dəfəki başqanı 329 nəfər qurultay nümayəndələri tərəfindən seçiləcək.

Xatırladaq ki, Qaynarinfo bir neçə gün öncə Müsavat Partiyasının növbəti qurultayının may ayının 4-də keçiriləcəyi ilə bağlı məlumat yaymışdı. Məlumatda həmçinin Müsavat lideri İsa Qəmbərin yenidən başqanlığa namizdəliyinin irəli sürüləcəyi də deyilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu