Kraliçanın dəfn olunacağı tarix açıqlandı
![](/uploads/posts/2022-09/1662833820_91812277d66b893eeb0c4fcb24f6ac57.jpg)
Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək.
Bu barədə Bukinqem sarayının Tviter səhifəsində məlumat verilib.
Qeyd edək ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın böyük oğlu Böyük Britaniyanın yeni kralı elan edilib.
III Çarlzın noyabrda 74 yaşı tamam olur və Britaniya taxtına çıxan ən yaşlı varisdir.