İngiltərədə 10 günlük matəm başladı
Xəbər verdiyimiz kimi, dünən İngiltərədə ən uzun müddət hakimiyyətdə olan monarx Kraliça II Elizabet dünyasını dəyişdi.
AFN xəbər verir ki, İngiltərə kraliça II Elizabetin vəfatı ilə əlaqədar ölkədə 10 günlük milli matəm elan edilib.
Bundan əlavə ölkədə bayraqlar yarıya qədər endirildi, tədbirlər ləğv olundu, kral ailəsi rəsmi saytını müvəqqəti olaraq bağladı.
Kraliçanın ölümü ilə bağlı başlayan milli matəmin onun dəfn mərasimi baş tutana qədər davam edəcəyi gözlənilir. 96 yaşında vəfat edən II Elizabetin dəfn mərasimi ilə bağlı rəsmi açıqlama olmasa da, Kraliçanın dəfnin Şotlandiyanın Balmoral qalasından Londondakı Bukinqem Sarayına köçürülməsi və 5 gün orada qalması gözlənilir.