Cozef Bayden II Elizabetin dəfnində iştirak edəcək
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyaya səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.
C.Bayden kraliça II Elizabetin dəfn mərasimində iştirak edəcək.
Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-də vəfat edib. O, 10 gündən sonra dəfn olunacaq.