Fəxri qarovul üzvü II Elizabetin tabutunun yanında huşunu itirdi - ANBAAN VİDEO
Ötən gün Vestminster sarayında II Elizabetlə vidalaşma mərasimində gözlənilməz hadisə baş verib.
AFN xəbər verir ki, mərasim zamanı Britaniya Kral Qvardiyasının üzvü kraliçanın tabutu yanında huşunu itirib. Dərhal qarovula tibbi yardım göstərilib.
Həmin anlar mərasimi lentə alan televiziya kanalları tərəfindən görüntülənib. Yaşanan hadisədən qısa müddət sonra yayım kəsilib.
Kral Qvardiyasının əməkdaşının yaşadığı çətin anlar sosial platformalarda yayılıb.
Britaniya mətbuatından verilən məlumatlara görə, kraliça ilə vidalaşmaq istəyənlər saray qarşısında 16 kilometr uzunluğunda növbə yaradıblar. II Elizabetin tabutu sentyabrın 19-dək Vestminster sarayında qalacaq. Ora daxil olmaq üçün insanlar saatlarla gözləyirlər.
Hökumət rəsmiləri kraliçanın tabutu qarşısından keçmək istəyən insanların dəqiq sayını açıqlamırlar, lakin onunla viadalaşmağa təxminən 750 min adamın gələcəyi gözlənilir.
Xatırladaq ki, 96 yaşlı II Elizabet sentybarın 8-də dünyasını dəyişib.