Rusiya MN: Ukraynanın strateji obyektlərinə yeni zərbələr endirilib


Rusiya Silahlı Qüvvələri “DXR”də yerləşdirilmiş HİMARS reaktiv yaylım atəşi sistemini məhv edib.



AFN “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın hərbi idarəetmə sistemlərinə və enerji obyektlərinə silsilə raket zərbəsi endirib.

Nazirlik yüksək dəqiqlikli raketlərdən istifadə olunduğunu qeyd edib: “Rusiya Silahlı Qüvvələri sualtı qayıqlardan atılan, uzaqmənzilli və yüksək dəqiqlikli raketlərlə Ukraynanın hərbi idarəetmə sistemlərinə və enerji obyektlərinə zərbələri davam etdirib. Həmçinin, hərbi silah-sursat arsenalları və xarici ölkə istehsalı olan silahlar vurulub. Bütün təyin olunmuş obyektlər məhv edilib”.

O da qeyd olunub ki, atəş nöqtələrində yerləşən 56 ədəd artilleriya bölmələri və 132 rayonda canlı qüvvə və hərbi texnika da məhv edilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiya Silahlı Qüvvələri cari ilin 24 fevralında Ukraynada xüsusi hərbi əməliyyatlara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu