ABŞ Rusiya ilə müharibəyə hazırlaşır - "Newsweek"


Rusiya Ukraynaya və onun müttəfiqlərinə qarşı hücumlarını gücləndirəcəyi təqdirdə ABŞ-ın təyyarədaşıyan gəmisi beynəlxalq hücuma rəhbərlik etməyə hazırdır.

AFN xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Newsweek” nəşri bildirib.
Xəbərdə təyyarədaşıyan George H.W. Buş (CVN 77) gəmisinin NATO-nun "Neptun zərbəsi-2022" adlı təlimi çərçivəsində Adriatik dənizində olduğu qeyd edilir.

Məlumata görə, təlimdə iştirak edən müttəfiq və tərəfdaş ölkələrin siyahısında Albaniya, Kanada, Xorvatiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ-ın adı yer alıb.

ABŞ-ın Altıncı Donanması və NATO-nun dəstək qüvvələrinin komandanı, vitse-admiral Tomas İşi təlimlərin Alyansın bütün fəaliyyət sahələrində gücünün və imkanlarının bariz göstəricisi olduğunu bildirib:

""Neptun zərbəsi-2022" bizim kollektiv çəkindirmə və müdafiə qabiliyyətimizi təmin edərək, müttəfiq təyyarədaşıyan zərbə qrupunun yüksək texnologiyalı dəniz döyüş qabiliyyətlərini inteqrasiya etmək bacarığının əsas nümunəsidir”.

Məqalədə həmçinin qeyd olunub ki, yerləşdirməyə Finlandiya və İsveç də daxil olmaqla 24 NATO müttəfiqi və onların tərəfdaşlarına məxsus 80-dən çox təyyarə, 14 gəmi və təxminən 6000 hərbçi daxildir.

F-18 təlimi çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarəsi son günlər Fransa, Latviya və Macarıstan qırıcıları ilə birlikdə təyyarədaşıyan gəmidən Litvaya uçub. Bundan əvvəl eyni qırıcının Rumıniya üzərində patrul xidməti aparan kanadalı döyüşçülərə qoşulduğu bildirilir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı sözçüsü kapitan Tamara Lourens Newsweek-ə açıqlamasında təyyarədaşıyan gəminin "Neptun zərbəsi" proqramında iştirak etdiyini təsdiqləyib.

NATO-nun baş katibi Yens Stoltenberq isə çərşənbə axşamı təyyarədaşıyan gəmini ziyarət edərək, bunu "ABŞ-ın qabiliyyətinin və alyansa sadiqliyinin nümayişi" adlandırıb:

"Bu təlimlər transatlantik əlaqənin, Avropa və Şimali Amerikanın NATO çərçivəsində birgə işinin mükəmməl nümunəsidir. Bu, bizim müttəfiqlərimizi sürətlə gücləndirmək və gücümüzü alyans daxilində yaymaq qabiliyyətimizi nümayiş etdirir. NATO müdafiə ittifaqıdır. Bizim çəkindirmə qabiliyyətimiz münaqişənin qarşısını alır və sülhü müdafiə edir. Gücümüz aydın mesaj verməklə hər hansı səhv hesablamanın qarşısını almağa kömək edir. NATO müttəfiqlərinin ərazisinin hər qarışını müdafiə edəcək”.

O, həmçinin Rusiyaya xəbərdarlıq edib: "Rusiya vəziyyəti daha da gərginləşmək üçün yalan bəhanələr gətirməməlidir”.

Onu da qeyd edək ki, Amerika Alimləri Federasiyasının Nüvə İnformasiyası Layihəsinin direktoru Hans Kristensen bildirib ki, Rusiya NATO-nun “Steadfast Noon” nüvə təlimi ilə eyni vaxtda nüvə silahını sınaqdan keçirə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu