BOK Rusiyanı olimpiya oyunlarının yayımçıları sırasına daxil etməyib


Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 2026-2032-ci illərdə olimpiya oyunlarının yayımçıları sırasına daxil etməyib.


AFN.az-ın xəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Rusiya və Belarus 2026-2032-ci illər arasında olimpiya oyunlarının Avropa yayımçılarının siyahısına daxil edilməyib.

Avropa Yayım Birliyi və Warner Bros. - Eksklüziv media hüquqları əldə edən "Discovery" 2026-cı ildə Milan və Kortina d'Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunlarını və 2030-cu il Qış Oyunlarını, həmçinin 2028 (Los Anceles) və 2032 (Brisben) Yay Olimpiya Oyunlarını nümayiş etdirəcək.

2024-cü ildə Parisdə keçiriləcək növbəti olimpiadanın Rusiyada yayım hüququ "Telesport"a məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu