Rusiya səfiri Kanada XİN-ə çağırıldı
Rusiyanın Kanadadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AFN.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Oleq Stepanovun Kanada səfirliyinə çağırılma səbəbi hələlik bəlli deyil. "Kanada Xarici İşlər Nazirliyinə çağırılmışam. Kanada hakimiyyəti müzakirə etmək niyyətində olduqları mövzunu hələlik açıqlamayıb" - deyə səfir bildirib.