Kanada səfiri Rusiya XİN-ə çağırıldı


Kanadanın Rusiyadakı səfiri Elison Le Kler Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.


"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiya XİN-də Ottavada Rusiya səfirliyinə hücum insidenti ilə bağlı kəskin etiraz edilib.

"Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Kanadanın Moskvadakı səfiri Elison Le Klerə Rusiyanın Ottavadakı səfirliyinin ərazisinə “Molotov kokteyli” atan naməlum şəxsin cinayət əməllərinə və Rusiya səfirliyinin konsulluq şöbəsinə hücum edən aqressiv nümayişçilərə polis dəstəsinin göz yummasına görə etiraz edilib. Kanada səfirinə bildirilirb ki, Rusiyanın Kanadadakı diplomatik nümayəndəliklərinə qarşı düşmənçilik hərəkətləri ilə bağlı digər oxşar hallarda olduğu kimi, hüquq-mühafizə orqanları bu hadisələrin qarşısını almayıb və cinayətkarları saxlamayıb", - deyə bildirilir.

Rusiya tərəfi Kanada tərəfindən Rusiyanın xarici nümayəndəliklərinin, habelə əməkdaşlarının və onların ailə üzvlərinin lazımi mühafizəsini təmin etmək üçün təcili tədbirlərin görülməsini tələb edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu