Kanada Rusiya səfirini Navalnının ölümü ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb


Kanada Rusiya səfiri Oleq Stepanovu rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.



Kanada hökumətinin sözçüsü İzabella Orozko-Madison məsələ ilə bağlı açıqlama verib.

Orozko-Madison bildirib ki, Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın Ottavadakı səfiri Stepanova Navalnının ölümü ilə bağlı tam və şəffaf araşdırma aparılmalı olduğu barədə məlumat verilib.

Digər siyasi məhbuslarla bağlı narahatlıqların da dilə gətirildiyini qeyd edən Orozko-Madison, "Kanada Navalnıya qarşı insan haqlarının pozulmasında iştirak edənlərə sanksiya tətbiq edib. Onun ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımıza qoşulacağıq" ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu