Peskov: Navalnının ölümü ilə bağlı Putinə qarşı ittihamlar əsassız və kobuddur


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə qarşı irəli sürülən ittihamlar əsassızdır.


Peskov Navalnının həbsxanada ölümü ilə bağlı jurnalistlərə açıqlama verib.

Dünən yayımlanan videoda Navalnının həyat yoldaşı Yuliya Navalnayanın həyat yoldaşının ölümündə Putini ittiham etməsi ilə bağlı sualı cavablandıran Peskov, "Təbii ki, Rusiya prezidentinə qarşı irəli sürülən ittihamlar əsassız və kobuddur. Bu ittihamlar inandırıcı deyil və yoxlanılmayıb" - deyə bildirib.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin Navalnının ölümü ilə bağlı şəffaf beynəlxalq araşdırmaya icazə verilməli olduğu bəyanatını dəyərləndirən Peskov, “Biz xüsusilə Borreldən gələn bu cür tələbləri qətiyyən qəbul etmirik" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu