Finlandiya və İsveç Rusiya səfirlərini Navalnıya görə çağırdılar
Finlandiya və İsveç hər biri ayrılıqda ölkədəki Rusiya səfirini xarici işlər nazirliyinə çağırıb.
Buna səbəb rusiyalı dissident Aleksey Navalnının Rusiyada həbsxanada ölməsi ilə bağlı müzakirələr aparmaq istəyidir.
Finlandiya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı “Rusiyanın Navalnının ölümünə görə məsuliyyət daşıdığını vurğulamaq və şəffaf araşdırma tələb etmək üçün” nazirliyə çağırdıqlarını açıqlayıb.
“Biz Rusiyadakı bütün siyasi məhbusların azadlığa buraxılması üçün çağırışları davam etdirəcəyik”, - bəyanatda deyilir.
İsveçin xarici işlər naziri Tobias Billström isə qeyd edib ki, Avropa İttifaqı (Aİ) Navalnının ölümü ilə bağlı tədbir görməlidir.
Billström açıqlamasında, "AB Rusiyadakı siyasi təzyiqlərə qarşı hərəkətə keçməlidir. Bu, Navalnının Rusiyada həbsxanada ölməsindən sonra xüsusilə vacibdir" - deyə vurğulayıb.
Nazir Billström İsveçin Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü araşdırmaq üçün təşəbbüs göstərdiyini bildirib.