Bütün dünya Putinə müraciət edərək müharibəni dayandırmağa çağıracaq - Annalena Berbok


Önümüzdəki günlər həm Ukraynadakı müharibə, həm də ümumilikdə dünyanın gələcək inkişafı üçün həlledici olacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok filippinli həmkarı Enrike Manalo ilə Berlində görüşdükdən sonra keçirdiyi mətbuat konfransında bildirib. “Növbəti günlər təkcə Ukrayna üçün deyil, bütün dünyada sülh üçün həlledici olacaq”, - deyə Berbok deyib.

O, növbəti həftəni “bütün keçən ilin yekunu olacaq həftə" adlandırıb. "Ötən ilin martında BMT Baş Assambleyasının qətnaməsi üzrə səsvermədə əksər ölkələr Rusiyanın başlatdığı müharibəni pisləyib. Yalnız az bir qisim ölkə Rusiyadan çox asılı olduqları üçün səsvermədə fərli mövqe nümayiş etdiriblər" - Berbok belə bildirib.

O, qeyd edib ki, bu müharibəni Avropa başlamayıb və silahlı qarşıdurmaların bütün dünya üçün dəhşətli nəticələri var. "Məhz bu günlərdə Nyu-Yorkda bütün dünya prezident Vladimir Putinə müraciət edərək müharibəni dayandırmağa və qoşunları geri çəkməyə çağıracaq", - deyə Annalena Berbok qeyd edib.

Almaniya XİN rəhbəri vurğulayıb ki, ötən il Aİ və NATO-dakı tərəfdaşlar öz müdafiə imkanlarını gücləndirmək üçün tədbirlər görüblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu