Almaniyanın "Patriot" ehtiyatları tükənmək üzrədir


Almaniyanın xarici işlər naziri Annalena Berbok etiraf edib ki, Almaniyanın Kiyevə mümkün transferi üçün "Patriot" hava hücumundan müdafiə sistemləri ehtiyatları tükənib.


“Təəssüf ki, öz "Patriot" sistemlərimizin ehtiyatları indi demək olar ki, tükənib, ona görə də NATO xarici işlər nazirlərinin görüşündə mən bir daha açıq şəkildə bildirdim ki, Avropada və dünyada bütün "Patriot" sistemlərinin mövcudluğunu yoxlamaq lazımdır. Ukrayna üçün bu sistemləri əldə etməkdən ötrü biz hər şey edəcəyik”, - deyə nazir Berlində mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Almaniya və onun müttəfiqləri bunun üçün xüsusi fondun yaradılması imkanlarını araşdırmaq niyyətindədirlər.

“Biz ukraynalı və avropalı tərəfdaşlarımızla birlikdə, ilk növbədə, üçüncü ölkələrin sistemlərini Ukrayna üçün tez bir zamanda əldə etməkdən ötrü bunun üzərində işləməyə davam edəcəyik. Ümid edirəm ki, G7 xarici işlər nazirlərinin görüşündə bu məsələ ilə bağlı açıq məlumat verə biləcəyik” - deyə o, əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu