ABŞ dondurucu soyuğa və rekord yağışa təslim oldu
ABŞ-da 1989-cu ildən bəri ən pis qar fırtınası davam edir. Amerikalılar iqlim böhranının yaratdığı şiddətli soyuqdan narahatdırlar.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, fasiləsiz qar, gözlənilməz tufan və rekord soyuqla ABŞ son 34 ilin ən ağır qışını yaşayır.
Fırtına səbəbiylə ölkə daxilində 100 min evə hələ də elektrik verilmir. Ləğv edilən minlərlə reysə daha 370 reys əlavə edilib. Səlahiyyətlilər təkcə qarla deyil, həm də daşqınla bağlı xəbərdarlıq edib.
Digər tərəfdən, Kaliforniya ştatında 34 ildə ilk dəfə qar yağıb.
ABŞ-ı örtən ağ örtünün yeganə yaxşı tərəfi uşaqları sevindirməsi deyil. Kaliforniyada bəndlərin doluluq nisbəti keçən illə müqayisədə 144 faiz artıb. "Ştatdakı bəndlər yaya son illərin ən dolu səviyyəsində başlayacaq" - deyə yerli qurumdan bildirilib.