Qlobal elektrik istehsalında külək və günəşin payı 14,3 faizlə rekord həddə çatıb
Qlobal elektrik enerjisi istehsalında külək və günəşin payı bu ilin birinci yarısında 14,3 faizə çatıb və rekord qırıb. Elektrik enerjisi istehsalında kömürün 36 faiz paya malik olduğu bu dövrdə su elektrik enerjisi istehsalı quraqlıq səbəbindən tarixi 8,5 faiz azalma yaşayb.
Londonda yerləşən enerji beyin mərkəzi "Ember"in 2023-cü ilin yanvar-iyun ayları üçün qlobal elektrik tələbatının 92 faizini təşkil edən 78 ölkənin elektrik məlumatlarını keçən ilin eyni dövrü ilə müqayisə edən təhlili dərc edilib.
Müvafiq olaraq, ilin birinci yarısında qlobal elektrik tələbatı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 0,4 artıb. Bu nisbət qlobal elektrik enerjisinə tələbat artımında yüzdə 2,6 olan 10 illik tarixi ortalamadan xeyli geri qalb.
Elektrik enerjisi istehsalında külək və günəş enerjisinin payı ötən ilin birinci yarısında 12,8 faiz olduğu halda, bu ilin birinci yarısında 14,3 faizə çataraq rekord qırıb.
Qlobal elektrik istehsalında küləyin payı 8,75 faiz olub, günəş enerjisinin payı 5,52 faizə yüksəlib.
Külək və günəş qlobal elektrik istehsalında paylarını əhəmiyyətli dərəcədə artıran iki elektrik mənbəyinə çevrilib.
Günəş enerjisindən elektrik enerjisi istehsalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında 16 faiz, küləkdən istehsal isə 10 faiz artıb.
Günəş və küləkdən istehsal olunan elektrik enerjisi 142 milyon ton karbon emissiyasının qarşısını alıb.