Azərbaycan elektrik enerjisinin ixracını 5%-dən çox artırıb


Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln kVt/s artaraq 2 mlrd 364,3 mln kVt/s olub.



“Report”un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln kVt/s, idxalı isə 11 mln kVt/s təşkil edib.

Cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 mlrd 924,9 mln kVt/s olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln kVt/s azalaraq 6 mlrd 604 mln kVt/s, SES-lərdə 15,69 mln kVt/s artaraq 236,09 mln kVt/s, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,7 mln kVt/s azalaraq 84,9 mln kVt/s olub. Bu dövrdə külək elektrik stansiyalarında 22,56 mln kVt/s, günəş elektrik stansiyalarında 9,2 mln kVt/s, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 mln kVt/s elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 mlrd 257,2 mln kVt/s (İES-lərdə 6 mlrd 041,3 mln kVt/s, SES-lərdə 215,9 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln kVt/s (İES-lərdə 56,08 mln kVt/s, SES-lərdə 17,13 mln kVt/s, GES-də 8,43 mln kVt/s), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln kVt/s, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln kVt/s təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 mln kVt/s olub. İrandan 8,2 mln kVt/s, Rusiyadan 15,3 mln kVt/s, Gürcüstandan isə 8,6 mln kVt/st elektrik enerjisi idxal edilib.

2021-ci ilin 3 ayı ərzində elektrik enerjisinin ixracı 509 mln kVt/s olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 mln kVt/s artıb. İrana 8,3 mln kVt/s, Türkiyəyə 12,7 mln kVt/s, Rusiyaya 23,1 mln kVt/s, Gürcüstana isə 464,9 mln kVt/s elektrik enerjisi ixrac edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu