Avropada karbon emissiyaları ilin birinci rübündə azalıb
Avropa İttifaqı (Aİ) ölkələrində qalıq yanacaqların enerji məqsədləri üçün istifadəsi nəticəsində yaranan karbon emissiyaları ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq 941 milyon tona düşüb.
Avropa Statistika İdarəsinin məlumatlarına görə, ilin birinci rübündə karbon emissiyalarında ən yüksək payı 24 faizlə yaşayış evləri, 20 faizlə emal sənayesi, 19 faizlə elektrik və qaz təchizatı təşkil edib.
Sözügedən dövr ərzində 21 Aİ ölkəsində karbon emissiyaları azalıb. Karbon emissiyalarının ən çox azaldığı ölkələr 15,2 faizlə Bolqarıstan, 14,7 faizlə Estoniya və 9,6 faizlə Sloveniya olub.
Karbon emissiyalarının ən çox artdığı ölkələr yüzdə 9,1 ilə İrlandiya, yüzdə 7,5 ilə Latviya, yüzdə 1,9 ilə Slovakiya, yüzdə 1,7 ilə Danimarka, yüzdə 1,6 ilə İsveç və yüzdə 0,3 ilə Finlandiya olub.
Məlumata görə, ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 sektordan 5-də karbon emissiyaları azalıb. Bu çərçivədə, ən yüksək azalma 12,3% ilə elektrik və qaz təchizatında, ən yüksək artım isə yüzdə 7,2 ilə daşınma və anbarda olub.