Yaponiyada uşaq intiharları rekord həddə çatıb


Ötən il Yaponiyada uşaqlar arasında intiharların sayı əvvəlki illə müqayisədə artaraq rekord həddə çatıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, 2022-ci ildə 512 məktəbyaşlı uşaq özünə qəsd edib ki, bu da 2021-ci illə müqayisədə 39 nəfər çoxdur. 2022-ci ildə ölkədə uşaqlar arasında intihar sayı illik 500 nəfərlik həddi ilk dəfə aşıb.

Ən çox artım yuxarı sinif şagirdlərinin yaş kateqoriyasında - 352 nəfər - müşahidə olunur ki, bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur. Ötən il 143 orta və 17 aşağı sinif şagirdi intihar nəticəsində dünyasını dəyişib.

Təhsil naziri Keiko Naqaoka bələdiyyə təhsil komitələrini uşaq və yeniyetmələrdə təhlükə əlamətlərini mümkün qədər tez müəyyən etmək üçün səy göstərməyə və valideynlərlə əlaqə qurmağa çağırıb. "Uşaqlar bilməlidirlər ki, yetkin insanlar onlara kömək edə bilərlər" - deyə təhsil naziri bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu