Ekvadorda torpaq sürüşməsi: 16 nəfər ölüb, 13 nəfər itkin düşüb


Cənubi Amerika ölkəsi Ekvadorda baş verən sürüşmə nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər itkin düşüb.


Ekvadorun Fövqəladə Hallar İdarəsinin məlumatına görə, Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən təbii fəlakətdə daha 10 nəfər yaralanıb.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Yerli mətbuatda yayılan xəbərlərdə bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da sürüşməyə səbəb olduğu iddia edilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu