Çində "ChatGPT"-nin analoqu yaradıldı


Çində "ChatGPT"-nin analoqu hazırlanıb. Yeni kəşfin yaxın gələcəkdə "OpenAI"nin bütün biznes proqramlarına inteqrasiyası planlaşdırılır.


Dil paneli əvvəlcə "Alibaba"nın mesajlaşma proqramı olan "DingTalk"a inteqrasiya olunacaq və görüşləri yekunlaşdırmaq, e-poçt məktubları yazmaq və biznes təklifləri hazırlamaq üçün istifadə edilməsi mümkün olacaq. O, həmçinin "Alibaba"nın səs köməkçisi "Tmall Genie" və "AliExpress" bazarına əlavə olunacaq. "Biz generativ süni intellekt və bulud hesablamaları ilə idarə olunan texnoloji bölgüdəyik və bütün sektorlardakı bizneslər bir addım öndə olmaq üçün ağıllı transformasiyadan istifadə etməyə başladılar" - deyə "ChatGPT"-nin baş direktoru Daniel Zhang bildirib.

Təqdimatdan sonra "Alibaba" səhmləri səhər ticarətində 3% bahalaşıb. "Alibaba Cloud" həmçinin müştərilərinə öz fərdi modellərini yaratmaq üçün "Tongyi Qianwen"i açmağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu