Məşhur müəlliflər ChatGPT-ni məhkəməyə verirlər: Kütləvi miqyasda sistematik oğurluq
Amerika Yazıçılar Gildiyası ChatGPT-nin ana şirkəti olan OpenAI-a qarşı şirkəti “külli miqdarda sistemli oğurluq”da ittihamı ilə məhkəməyə müraciət edib.
“Game of Thrones” kitab seriyasının müəllifi George RR Martin, "Microsoft" tərəfindən dəstəklənən şirkəti məşhur süni intellekt (AI) chatbotunu öyrətmək üçün müəllif hüquqları ilə qorunan romanlarından istifadə etməkdə ittiham edən 17 müəllifdən ibarət qrup arasındadır.
İddia Jodi Picault, Jonathan Franzen, John Grisham və George RR Martin də daxil olmaqla 17 yazıçını təmsil edən Yazıçılar Gildiyası tərəfindən qaldırılıb. Müəlliflər bildiriblər ki, OpenAI onların əsərlərini “toplu şəkildə, icazəsiz və təzminatsız” köçürür və onları chatbot-a ötürür.
Bununla onlar ChatGPT-nin onların bizneslərindən pul qazanmaq imkanlarını təhlükə altına atdığını iddia edirlər.
“Bu alqoritmlər müttəhimlərin nəhəng biznes müəssisələrinin əsasını təşkil edir və bu alqoritmlərin mərkəzində kütləvi miqyasda sistemli oğurluq dayanır”, - deyə müəlliflər bildirilər.
Qeyd edilir ki, süni intellekt çatbotlarından istifadə şirkətlərə müəlliflərin işlərini təmsil edən, təqlid edən, ümumiləşdirən və ya ifadə edən materiallar yaratmağa imkan verir.
Müəlliflər iddia edirlər ki, şirkət ChatGPT-ni yalnız ictimaiyyətə açıq olan məlumatlardan istifadə etmək əvəzinə, müəlliflərin kitablarından qeyri-qanuni olaraq internetə yüklənmiş mətnləri ehtiva edən verilənlər bazasında öyrədib.
Həmçinin bildirilir ki, şirkət məzmuna görə lisenziya haqqı ödəməlidir.