"The New York Times" "OpenAI" və "Microsoft"u məhkəməyə verdi
"The New York Times" OpenAI və Microsoft-a qarşı məhkəmə iddiası qaldıraraq, onların işlərinin icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının süni intellekt texnologiyalarının öyrədilməsi məqsədilə pozulduğunu iddia edib.
Nyu-York Cənub Məhkəməsində açılan iddiada qeyd edilib ki, "The New York Times" qəzetində dərc olunan milyonlarla məqalə indi etibarlı məlumat mənbələri olan xəbər təşkilatları ilə rəqabət aparan chatbotların hazırlanması üçün istifadə olunub.
Beləliklə "The New York Times" ChatGPT və digər məşhur süni intellekt platformalarının tərtibatçısı olan şirkətləri öz yazılı əsərləri ilə bağlı müəllif hüquqları iddiası ilə məhkəməyə verən ilk böyük media təşkilatı oldu.
"The New York Times" tərəfindən edilən şikayətdə cavabdehlərin qəzetin əsərlərinin qanunsuz surətdə kopyalanması və istifadəsi ilə bağlı milyardlarla dollar qanunla müəyyən edilib və faktiki ziyana görə məsuliyyətə cəlb edilməli olduğu bildirilib və şirkətləri bütün chatbot modellərini yığışdırmağa çağırıb.
Qəzetin şikayətində deyilir ki, “The Times” və digər xəbər təşkilatları müstəqil jurnalistikasının xəbər istehsalını qoruya bilməsələr, heç bir kompüter və ya süni intellektin doldura bilməyəcəyi boşluq yaranacaq.