Ukraynada bu şəxslər əmlak vergisindən azad edildi


Ukraynada müharibə nəticəsində dağılmış və zədələnmiş əmlak sahibləri daşınmaz əmlak vergisini ödəməkdən azad edilib.


AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə qərar Ali Radada verilib. Deputat Yaroslav Jeleznyak bildirib ki, müvafiq qanun layihəsi parlamentin aprelin 11-də keçirilən iclasında ikinci oxunuşda qəbul edilib.

Deputatlar müharibə nəticəsində dağılmış və ya zədələnmiş yaşayış və qeyri-yaşayış obyektlərinə vergiləri ləğv ediblər.

Qərarla torpaq sahəsi aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdə və ya işğal olunmuş ərazilərdə olduqda fiziki və hüquqi şəxslər üçün torpaq vergisindən azad edilir. Həmçinin yaşayış daşınmaz əmlakı aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdə və ya işğal olunmuş ərazilərdə yerləşirsə, fiziki və hüquqi şəxslər üçün daşınmaz əmlak vergisindən azad edilir.
Digər növ vergidən azadolma 2022-ci il martın 1-dən aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdə və ya işğal olunmuş ərazilərdə yerləşən torpaq sahələri üçün belə hadisələr başa çatanadək tətbiq edilir. Normalar 2022-ci il mayın 1-dək Rusiya Federasiyasının hərbi əməliyyatları və ya müvəqqəti işğalı başa çatan torpaq sahələrinə şamil edilmir.

Həmçinin qanun layihəsi xarici dövlətlərdən və təşkilatlardan xaricdə yardım almış qaçqınları bəyan etmək öhdəliyindən azad edir. Sənəddə işğal olunmuş ərazilər siyahısındakı ziddiyyətlərə də aydınlıq gətirilb. İndi vergi orqanları Reinteqrasiya Nazirliyinin təsdiq etdiyi siyahıdan istifadə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu